Populyar məqalələr

B6 vitamini
21.09.2017 1658

Pridoksin olaraq da bilinən B6 vitamini sağlamlığımız üçün çox böyük yerə sahibdir. B6 vitamini maddələr mübadiləsini normallaşdırır. B6 vitamininin iştirakı ilə yağ və karbohidratların enerjiyə çevrilir.

B6 vitaminin yardımı ilə yaranan enzimlər qana qırmızı rəngini verən hemoqlobin maddəsinin dəmir mineralından sintezləşməsini təmin edir.

Beyin hüceyrələri arasında əlaqə yaradılmasını təmin edən maddələrə neyrotransmitter adlanır. B6 serotonin, defomin kim meyrotransmitterlərin yaranmasında iştirak edir.

B6 vitaminin əksikliyi əsasən B12 vitamini əksikliyi ilə bərabər özünü göstərir. B6 vitaminin əksikliyi zamanı dəridə qızartı və yaralar, dildə şişmə, anemiya, yorğunluq kimi əlamətlər özünü büruzə verir.

B6 vitamini əsasən toyuq ciyəri, dana əti, dana ciyəri, hindquşu əti, yumurta, günəbaxan tumu, fındıq, qoz, kartof, ispanaqda olur.