Populyar məqalələr

Atrial Septal Defekt
20.06.2017 1425

ASD (Atrial Septal Defekt) -2- ci ən çox yayılmış anadangəlmə ürək qüsurudur. “Ürəkdə dəlik” olaraq adlandırılır. Dəlik ürək qulaqcıqlarını ayıran divarda yaranır. Sol qulaqcıqdakı oksigenlə zəngin qan dəlikdən keçərək sağ tərəfdəki venoz qanla qarışır. Beləliklə sağ qulaqcığa həm damar yolu ilə təbii , həm də sol qulaqcıqdan dəlik vasitəsilə qan dolur. Bu böyük həcimli qan sağ qulaqcıqdan da sağ ventrikulə çatar. Bu da zamanla sağ ventrikul divarının hipertrofiyası və pulmonar təzyiqin yüksəlməsi ilə nəticələnər.

ASD dəliyi həm ölçü və yerləşmə yerinə görə fərqlənir. Buna uyğun olaraq müalicə üsulu dəyişir.

ASD-nin etiologiyası tam olaraq bilinmir. Amma embrionda ürək formalaşan zaman hamiləlik müddətində qəbul edilən dərmanlar və sipirtli içkilərin səbəb olduğu güman olunur.

ASD kliniki olaraq özünü büruzə verməsi yuxarıda sadalanan kimi bir çox amillərə bağlıdır. Bir çox hallarda ancaq profilaktik olaraq həkim müayinəsi zamanı aşkar olunur. Ancaq ölçüləri böyük olduqda aşağıdakı əlamətlər özünü büruzə verir.

  • İştahasızlıq
  • Təngnəfəslik
  • Tez yorulma
  • İnfeksion ağciyər xəstəliklərinə tutulma ehtimalı

Həyati riski olduğu təqdirdə cərrahi yolla müalicə edilir.