Populyar məqalələr

Ateroskleroz
12.06.2017 1532

Ateroskleroz müxtəlif səbəblərə bağlı olaraq damarın öz elastikliyini itirməsidir. Ateroskleroz uşaqlıqdan başlayır və yavaş inkişaf edən xəstəlikdir. Əsasən orta yaş dövründən başlayaraq özünü büruzə verir. Bəzi insanlarda 30 yaşlarında sürətlə inkişaf edir və ciddi fəsadlarla özünü göstərir.

Aterosklerozun səbəbləri:

  • Genetik meyillilik
  • Diabet
  • Siqaret
  • Artıq çəki
  • Xolesterin
  • Hipertenziya
  • İdman etməmək
  • Oturaq həyat tərzi

Yetkin insanlarda daha çox özünü büruzə verir, qadınlarda əsasən menapauzadan sonrakı dövrdə özünü göstərir.

Aterosklerozun əlamətləri:

  • Ürəkdən çıxan arteriyadadırsa: sinədə ağrı, göynəmə hissi
  • Beyin arteriyasındadırsa: əl və ayaqlarda uyuşma, basdönmələr, gücsüzlük
  • Əl və ayaq arteriyasındadırsa: ağrı, yara və qanqrena
  • Böyrək arteriyasındadırsa: yüksək təzyiq, böyrək çatışmazlığı

Aterosklerozun müalicəsi xəstəliyin inkişafına uyğun olaraq dərman və əməliyyatla edilir. Aterosklerozdan qorunmaq üçün sağlam qidalanma, mütəmadi idmanla məşğul olmaq, siqaret kimi zərərli vərdişdən uzaq olmaq vacibdir. Mütəmadi həkim müayinəsində olmaqla ola biləcək fəsadlardan qorunmaq mümkündür.