Populyar məqalələr

Artrozda çəkinin önəmi
27.02.2018 1056

Diz bədənin ən böyük və çox hərəkətdə olan oynağıdır. Dizin sabitliyi bağlar vasitəsilə təmin edilir. Bədənin bütün yükünü daşıyan diz oynaqlarında problemlər həddən artıq yüklə yanaşı, idmanla özünü büruzə verə bilər. Dizin həddən artıq yüklənməsi ilə qığırdaqda da özünü göstərir.

Oynaqlara təsir edən xəstəliklər artrit və artroz olmaqla iki yerə bölünür. Artrit iltihablı oynaq xəstəliklərinə verilə ümumiləşdirilmiş addır. Ən çox yayılmış növü revmatoid artritdir. Artroz isə iltihablı deyildir. Sümüklərin aşınması ilə özünü göstərir. Əsasən 60 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Artrozun ilkin səbəblərindən biri həddən artıq çəkili olmaqdır. Xəstəlikdən qorunmaq üçün çəkiyə diqqət etməli, oturaq həyat tərzindən uzaq olunmalıdır.

Müalicəsi ilkin mərhələdə dərmanlarla fizioterapiya ilə, gecikmiş mərhələdə isə əməliyyatla aparılır.