Populyar məqalələr

Artıq çəki xərçəng riksini artırır
09.01.2018 1459

Orqanizmdə həddən artıq yağ toplanması köklük (obezite) olaraq dəyərləndirilir. Köklüyün müəyyən edilməsi üçün Bədən Kütləsinin İndeksi (BKİ) və ya body mass index (BMI) olaraq adlandırılan, boy və çəkinin özəl bir formulu ilə təsnif edilir. Cari dövrdə yetişkin insanların 1/3-də köklük müşahidə olunur. 6-19 yaş arasında olan uşaq və yeniyetmələrin 15%-i çəki artıqlığından əziyyət çəkirlər.

2008-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən bütün dünya əhalisinin 1.5 milyardı artıq çəkili, 500 milyonu isə kök olduğu məlum olmuşdur.

Həddən artıq yemək, kalorisi yüksək olan, yağlı qidalardan istifadə, hərəkətsiz və idmandan uzaq yaşamaq köklük üçün böyük bir zəmin yaradır.

Köklüklə xərçəng arasında birbaşa əlaqə olduğu alimlər tərəfindən aşkar edilmişdir. 2003-cü ildə ABŞ-da aparılmış tədqiqatlara əsasən 52% kişilərdə, 62% qadınlarda xərçəng riskinin artdığı məlum olmuşdur.

Süd vəzi xərçənginin genetik olduğu məlum olsa da, 95% qadınlarda BRCA1 və BRCA2 genlərinin təsirinin olmadığı öz sübutunu tapmışdır. 2013-cü ildə Yaponiyada aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, BKİ 24-dən yuxarı olan qadınlarda süd vəzi xərçəngi riski artmışdır.

Kök insanların bağırsaq, öd kisəsi, qaraciyər xərçənginə tutulma riski yüksəkdir.