Xəbərlər

ANEMİYA
02.03.2021 183

Qırmızı qan hüceyrələri (eritrositlər) nə edir?
Eritrositlər, ağciyərlərdən oksigeni alıb bədənin bütün hissələrinə çatdıra bilən, dəmirlə zəngin protein olan hemoglobini daşıyır. Eritrositlərin miqdarı azaldıqda, qan yetərli miqdarda oksigen daşıya bilmir. Toxumalara oksigen təminatının yetərli olmaması isə anemiya əlamətlərinə səbəb olur.
⚠️ Əlamətlər:
Əlamətlər anemiyanın şiddətinə və nə qədər sürətlə inkişaf etdiyinə bağlı olaraq dəyişir. Yüngül anemiyası olan insanlarda, xüsüsilə bu hal yavaş inkişaf etdikdə heç bir şikayətləri olmaya bilər. Bəzi insanların yalnız müəyyən fiziki iş zamanı əlamətləri olur. Daha şiddətli anemiya, dincələrkən belə əlamətlərə səbəb olabilər. Yüngül vəya ağır anemiya sürətlə inkişaf etdikdə əlamətlər daha şiddətlidir.
Əlamətlərə aiddir:
• Yorğunluq
• Gücsüzlük
• Solğun və ya sarımtıl dəri
• Ürəkdöyünmə
• Təngnəfəslik
• Başgicəllənmə
• Sinə ağrısı
• Soyuq əllər və ayaqlar
• Baş ağrı və s.
⚠️Səbəblər:
• Güclü qanaxmanın səbəb olduğu anemiya
• Sümük iliyinin yetərli eritrosit istehsal edəbilməməsi
• Eritrositlərin sürətlə parçalanma və s.
⚠️Diagnoz:
• Ümumi qan analizi (hemogram). Aşağı hemoglobin səviyyəsi anemiyanı təsdiqləyir.
• Anemiyanın səbəbini müəyyən etmək üçün əlavə testlər.
• Bəzən anemiyanın səbəbini bilmək üçün sümük iliyindən nümunə götürülməsi zəruri ola bilər.