Alqologiya

Alqologiya bölməmiz tibbi müalicənin təsir etmədiyi ağrılarda sinirə və ya onurğaya birbaşa olaraq tətbiq edilən müalicə üsulları ilə məşğul ola bir bölümdür. Alqologiya xəstələrin dəyərləndirilməsi, müalicəsi, xroniki ağrıları olan xəstələrin yaşam tərzinin düzəldilməsi ilə məşğuldur.

• Bel və boyun ağrı;
• Baş ağrıları (miqren və başqa baş ağrıları);
• Əzələ ağrıları (fibromialgiya, miofasial ağrılar);
• Üz ağrıları-Nevralgiyalar;
• Kirəcləşməyə (duzlaşma) bağlı ağrılar (kürək, çiyin, diz və başqaları);
• Sümük əriməsinə (osteoporoz) bağlı ağrılar;
• damar tutulması ilə bağlı ağrılar (vaskulitlərdə);
• Şəkərli- diabet xəstəliyi ilə bağlı ağrılar;
• Xərçəng xəstəliyinin ağrıları;
• Nevropatik ağrılar;
• Disk yırtığı əməliyyatının sonrakı keçməyən ağrılar (epidural fibrolizis) və s.