Xurma dünyada çox yayılmış və xüsusilə şərq ölkələrindən daha çox yeyilən meyvədir.
Xurmanın tərkibində şəkər, protein, bir çox yağlar başda olmaqla 16 fərqli mineral vardır. Bundan əlavə, C, B1, B2 və A vitaminləri ilə zəngindir. Tərkibində olan ftor dişlərin çürüməsinin qarşısını alır və immun sistemini gücləndirir. Xurma xərçəng xəstəliyinə tutulma riskini azaldır.
Xurmanın tərkibindəki antioksidantlar ürək damarlarında tıxanıqlığının yaranmasının qarşısını alır. Digər meyvələr qaldıqca tərkibindəki antioksidantlar itirir və çürüməyə başlayar, ancaq xurma qaldıqca antioksidantlar daha artır. Xurma beyinə xüsusilə yaddaşa müsbət təsir edir.
Xurma Ramazan ayında iftar süfrəsində ən əsas qidalardan biridir.