Populyar məqalələr

Tıxanan ürək damarlarının açılması
25.07.2016 2642

Tıxanan ürək damarları iki metodla açılır. Birinci metod laxtalanmanın qarşısını alan və qanı duruldan dərmanların damar yolu verilməsidir. Bu metod yetərincə effektiv olmasa da, təcili angioqrafiya laboratoriyası və komandası olmadığı hallarda tətbiq edilir.

İkinci ən effektiv metod isə tıxanan damarından təcili angioqrafiya ilə təyin olunub, stend və ya angioplastika tətbiqi ilə damarların açılmasıdır. Bu müalicə metodu həqiqətən də çox böyük uğurla aparılan bir metoddur. Tıxanmış damarın açılması zamanı qasıq nahiyəsindən və ya biləkdən kateter vasitəsi ilə ürək damarlarına girilir. Tıxanmış damar aşkar olunub bir balon vasitəsi ilə açılır və sonra o damara, təkrar tıxanmanın qarşısını almaq məqsədi ilə stend taxılır. Bu halda ürək funksiyalarının pozulma riski azalır.