Populyar məqalələr

Su içməyin faydaları
28.06.2017 1316

Su həyat qaynağıdır. Yeni doğulmuş uşağın ümumi çəkisinin 70-75 %-ni su təşkil etdiyi halda böyüdükcə bu göstərici azalmağa başlayır. Yetkin sağlam kişinin bədən çəkisinin 60%-ni, qadınların isə 50 %-ni su təşkil edir. Bədəndəki bütün sistemlər, orqanlar və hüceyrələr kifayət qədər su olmadan funksiyalarını yerinə yetirə bilməzlər.

Bədəndə daşıyıcı vəzifəsini yerinə yetirən su, hüceyrələrə qida və oksigen daşıyır, zərərləri maddələri uzaqlaşdırır. Böyrəklərin toksik maddələrdən təmizlənməsinə kömək edir. Qan və linfa sisteminin böyük bir hissəsini təşkil edir. Bədən istiliyinin normallaşmasına yardım edir. Suyun içilməsi azaldıqca bədəndə olan yağın miqdarı artır.

Kifayət qədər su içildiyi zaman dərinin daha düzgün və yumşaq, parlaq olmasına səbəb olur. Su içmək üçün susamağa ehtiyac yoxdur. Yeməklə bərabər və yemək aralarında su içməyi adət etmək lazımdır. Gündə ən azı 8 stəkan su içmək vacibdir.