Xəbərlər

STENT NƏDİR?
03.04.2021 11549

Bədənin əsas yükünü daşıyan orqanlardan biri ürəkdir, diqqət edilmədiyində bir çox problemlərə rast gəlinir. Onlardan biri ürək damarlarında yaranan tıxanıqlıqdır.
Damarlarda olan tıxanıqlıq hər yaşda özünü büruzə verə bilər, 50 yaşdan yuxarı, diabet xəstələrində, yüksək təzyiq və xolesterindən əziyyət çəkən insanlarda olma ehtimalı daha çoxdur. Bu tıxanıqlıq yarananda ürək öz vəzifəsinin öhdəsindən tam gələ bilmir. Bu problemin qarşısını almaq üçün daralmış damarlara stent qoyulur.
Stent dəmir bir qəfəs şəklində olub, tıxanmış damarların açılmasına, damarın açıq qalmasına və qan dövranının yaxşılaşmasına səbəb olur.
Stentin iki növü var:
- Dərmansız stentlər
- Dərmanlı stentlər
Hər 10 xəstənin 2-sində stentin olduğu nahiyədə yenidən daralmalar müşahidə olunur. Bu məqsədlə dərmanlı stentlərdən istifadə edilir.
Damar tıxanıqlığını vaxtında müəyyən etmək üçün həkim müayinəsi vacibdir.

Əlavə məlumat almaq üçün:
☎ (022) 303
☎ (022) 255 38 38
☎ (022) 255 83 83