Kəllə və üz skeletini təşkil edən bəzi sümüklərdə yerləşən boşluqlar sinuslar adlanır və 4 fərqli ad daşıyırlar. Sinuslar burun ətrafında yerləşir. Kəllənin daxilində, burnun üst qismində yerləşən və üst burun keçəcəyinə açılan cib sfenoid sinusdur. Gözlərin iç səthində yerləşən və labirint şəklində olan etmoid sinuslardır. Burnun yan tərəflərində olan sinusladan ən böyüyü maksiller sinus adlanır. Bundan əlavə, alın sümüyü içində olan sinus frontal sinusdur.
Bütün sinuslar bir dəlik vasitəsilə burnun içinə açılırlar. Sinuslar nəfəs alınan zaman havanın isidilməsində, nəmləndirilməsində, insan səsinin aydın ifadəsində mühüm rol oynayırlar.
Bu boşluqlarda iltihablaşma sinusitə səbəb olur.
Sinusitin səbəbləri:
Sinusitin əlamətləri:
Diaqnoz xəstənin şikayətlərinə əsaslanaraq KT vasitəsilə qoyulur. Müalicəsi həkim müayinəsi ilə təyin edilir. Kəskin haymoritin dərmanla müalicəsi 3 həftəyədək uzana bilər. Ancaq burun daxilində hava yollarını tutan burun çəpərinin əyriliyi, allergiya kimi səbəblər vardırsa müalicədən sonra bu səbəblərin aradan qaldırılması xəstəliyin xroniki hal almasının qarşısını alacaqdır.