Populyar məqalələr

Şəkərli diabet pəhrizi
01.07.2017 1376

Şəkər xəstələrinin pəhrizlərində tövsiyə edilən qidaların zamanında və tövsiyə edildiyi miqdarda yeyilməsi qandakı şəkər səviyyəsinin sürətli şəkildə qalxıb düşməsinin qarşısını alacaqdır. Bu səbəblə uzun müddət ac qalmaq, vaxtında yeməmək yanlışdır. Yemək müddəti və miqdarı həkim tərəfindən nizamlanır.
Şəkər xəstələri gündəlik hərəkətlərini artırmalıdırlar: piyada gəzinti, velosipedlə gəzmək, üzmək, bağçada çalışmaq kimi fiziki əməklə məşğul olmalıdırlar.
Şəkər xəstələrinə mənfi təsir edən qidalar
Şəkər və bütün şəkərli şirniyyatlar (bal, mürəbbə, şokolad)

  • Peçenye, keks, tortlar, ağ çörək və buna bənzər şirniyyatlar, kompodlar (qazlı, hazır meyvə şirələri)
  • Tərkibində çox yağ olan qidalar
  • Kolbasa, sosiska kimi qidalar
  • İçalatlar (qaraciyər, beyin, dalaq, böyrək, dil, qarın və s.)
  • Yağda qızardılmış qidalar və qovurmalar

Tərkibində həddən çox duz olan qidalar (konservləşdirilmiş qidalar, turşu və s.)
Şəkər xəstələrinin qidalanması yaşına, boyuna, bədən ağırlığına, fiziki aktivliyinə, sosial iqtisadi vəziyyətinə və qidalanma vərdişlərinə görə diyetoloq tərəfindən hazırlanmalıdır. Qidalanma proqramı fərdi olaraq hazırlanmalıdır.
Tövsiyələr

  • Yemək vaxtında və tövsiyə edildiyi miqdarda yeyilməlidir.
  • Qidalanmada balıq və toyuq əti üstün tutulmalıdır
  • Ətli yeməklərə ayrıca yağ əlavə edilməməlidir.
  • Yeməklərdə bitki yağlarından istifadə edilməlidir.
  • Yeməklər hazırlanan zaman qızartma və qovurma əvəzinə soyutma, sobada bişirilməsinə üstünlük verilməlidir.
  • Bədən çəkisi nəzarət altında saxlanılmalıdır.