Populyar məqalələr

Revmatizm
06.07.2017 1664

Revmatizm əzələ, sümük, oynaqlarda və onları birləşdirən bağlarda ağrı və oynaqlarda şişkinliklə özünü büruzə verən xəstəlikdir. Revmatizm xəstəlikləri iki yerə ayrılır:

  • İltihabi olanlar
  • İltihabi olmayanlar

İltihabi olmayan revmatizm xəstəlikləri əsəsan osteoartrit, boyun, kürək, qol, ayaqlarda və yumşaq toxumalarda ağrı ilə özünü büruzə verən xəstəliklərdir.

İltihabi olan revmatizm xəstəlikləri isə əsasən immun sistemində müxtəlif səbəblərə (genetik meyillilik, ətraf mühitin təsiri, infeksiyalar) bağlı olaraq oynaqlarda, bəzən göz, ürək, ağciyər və böyrək kimi orqanlarda iltihablaşmaya səbəb olan sistemli bir qrup xəstəliklərdir.

Oynaq revmatizmində əlamətlər aşağıdakı kimidir:

  • Oynaqlarda ağrı şişkinlik
  • Əl barmaqlarının soyuq fəsillərdə ağarması.
  • Dəri altında şişkinliklər
  • Gücsüzlük.

Sistemik əlamətləri:

  • Əzələ ağrısı
  • Dırnaq rənginin dəyişməsi
  • Uzun müddət yüksək hərarət
  • Tənəffüsdə çətinlik
  • Həzmdə problem
  • Böyrək funksiyalarında azalma
  • Nevroloji əlamətlər
  • Ürək və qan dövranında problemlər

Revmatizmin müalicəsi əsasən qeyri steroid antiinflamator, steroid tərkibli dərmanlar və xəstəliyin inkişafının qarşısını alan antirevmatizmal dərmanlarla edilir. Müalicə müddətində mütəmadi olaraq həkim nəzarəti olmaq vacibdir.

Revmatizm əzələ, sümük, oynaqlarda və onları birləşdirən bağlarda ağrı və oynaqlarda şişkinliklə özünü büruzə verən xəstəlikdir. Revmatizm xəstəlikləri iki yerə ayrılır:

- İltihabi olanlar

- İltihabi olmayanlar

İltihabi olmayan revmatizm xəstəlikləri əsəsan osteoartrit, boyun, kürək, qol, ayaqlarda və yumşaq toxumalarda ağrı ilə özünü büruzə verən xəstəliklərdir.

İltihabi olan revmatizm xəstəlikləri isə əsasən immun sistemində müxtəlif səbəblərə (genetik meyillilik, ətraf mühitin təsiri, infeksiyalar) bağlı olaraq oynaqlarda, bəzən göz, ürək, ağciyər və böyrək kimi orqanlarda iltihablaşmaya səbəb olan sistemli bir qrup xəstəliklərdir.

Oynaq revmatizmində əlamətlər aşağıdakı kimidir:

- Oynaqlarda ağrı şişkinlik

- Əl barmaqlarının soyuq fəsillərdə ağarması.

- Dəri altında şişkinliklər

- Gücsüzlük.

Sistemik əlamətləri:

- Əzələ ağrısı

- Dırnaq rənginin dəyişməsi

- Uzun müddət yüksək hərarət

- Tənəffüsdə çətinlik

- Həzmdə problem

- Böyrək funksiyalarında azalma

- Nevroloji əlamətlər

- Ürək və qan dövranında problemlər