Populyar məqalələr

Qulaqlıqlardan çox istifadənin zərərləri
20.05.2017 1279

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində 1 saatdan çox qulaqlıqdan istifadə edilməməsini bildirib.

Daha çox gənclərin qulaqlıqla musiqiyə qulaq asması sağlamlıq problemlərinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə hər il 12-35 yaş arasında 43 milyon insanda eşitmə qabiliyyətini itirir.

Qulaqlıqdan həddən çox istifadə etmək aşağıdakı problemləri yaradır:

  • Eşitmənin zəifləməsi
  • Uğultu
  • Diqqətsizlik
  • Qulaqda kirin artması
  • Psixoloji problemlər

Bundan əlavə qulaqlıqdan çox istifadə etdikdə qulaq içindəki bakteriyalar da artmış olur.

Sağlam yaşamaq və ətrafdakı hər səsi eşitmək üçün qulaqlıqlardan daha az istifadə vacibdir.