Populyar məqalələr

Qulaq pərdəsinin deşilməsi
05.04.2018 27842

Qulaq pərdəsi qulaq kanalının içində olan xarici qulaq ilə orta qulağı ayıran incə bir pərdədir və insanın eşitmə orqanı olan qulağın əsas tərkib hissəsidir.

Qulaq pərdəsinin deşilməsi ilə insanın eşitmə qabiliyyətinə mənfi təsir edir və bəzən qulaqdan axıntı gəlir.

Gündəlik müxtəlif fəaliyyətlər qulaqda təzyiq dəyişməsinə və deşilməsinə səbəb ola bilər.

Qulaq pərdəsinin deşilmə səbəbləri:

  • Təyyarə ilə səyahət
  • Yaralanma və travma
  • Təzyiqin qəflətən dəyişməsi
  • Qulağa yad cisimin salınması
  • Orta qulağın iltihabı

Qulaq pərdəsinin yırtılmasının əlamətləri:

  • Qulaqda birdən və kəskin ağrının olması
  • Qulaqdan qanlı, şəffaf axıntı gəlməsi
  • Qulaqda küy və uğultunun yaranması
  • Eşitmənin kəskin zəifləməsi
  • Baş dönməsi

Diaqnoz kliniki əlamətlər və endoskopik müayinə ilə təyin edilir.

Qulaq pərdəsinin zədələnməsinə bağlı olan eşitmə azlığının böyük əksəriyyəti müvəqqətidir. Ümumi olaraq qulaq pərdəsinin deşilməsi üçün müalicə üsuluna ehtiyac yoxdur. Sadəcə qula pərdəsi yırtılmış xəstələr qulağını sudan qorulmalıdır.

Qulaq pərdəsinin bərpa edilməsi üçün icra edilən timpanoplastika adlanır.