Qarpız yay fəslinin ən çox sevilən və yeyilən meyvələrindəndir. Qarpızın 92%-ni su təşkil edir. Qarpızın tərkibindəki likopen ürək-damar sisteminin sağlamlığına faydalıdır. Bununla yanaşı qan təzyiqinin normal səviyyədə olmasına müsbət təsir edir.
Qarpız sitrulin yaradan piy qatı hüceyrələrində yağ toplanmasının qarşısını alır.
Qarpız təbii sidikqovucudur, C vitamini ilə zəngindir, dəri sağlamlığına müsbət təsir edir, tərkibindəki antioksidant xərçəng xəstəliyinə tutulma riskini azaldır.