Populyar məqalələr

Prostat adenoması
06.09.2017 1385

Prostat vəzinin ən çox yayılmış xəstəliyi prostat adenomasıdır .Prostat adenoması prostatın xoşxassəli böyüməsidir.45-50 yaşından etibarən prostat vəzində böyümələr başlayır.

Prostat vəzinin böyüməsinin əlamətləri

  • Tez-tez sidiyə çıxma
  • Gecə vaxtı sidiyə çıxma
  • Sidik kisəsinin tam boşaldıla bilməməsi
  • Az-az sidiyə çıxma
  • Bəzən sidiyə çıxarkən yanma olması
  • Sidik saxlaya bilməmə

Xəstəliyin bir çox ağırlaşmaları vardır. Onlardan ən geniş yayılmış hematuriyadır (sidikdə qan).

Diaqnoz kliniki əlamətlər və laborator analizlər vasitəsilə təyin edilir. Xəstəliyin müalicəsi dərman minimal invaziv və cərrahi üsullar aparılır.

Yuxarıda bəhs edilən şikayətləri olan xəstələr və 50 yaşından etibarən bütün kişilər prostat müayinəsi üçün uroloqa müraciət etməlidir.