Populyar məqalələr

Pomidor
15.07.2017 1278

Pomidor A, K, B1, B3, B5, B6, B7, C vitaminləri ilə zəngindir. Tərkibindəki maqnezium, fosfor, mis, dəmir, sink kimi minerallar immun sisteminə müsbət təsir edir.

Boston Universitetində aparılan tədqiqatlara görə pomidor ürək-damar və xərçəng xəstəliklərinə tutulma riskini azaldır. Göz, dəri, saçların sağlamlığına müsbət təsir edir. Böyrəkdə və öd kisəsində daş yaranmasının qarşısını alır.