Populyar məqalələr

Otit
29.06.2017 1296

Otit qulağın iltihabi xəstəliyidir. Hər yaşda orta qulaq infeksiyasına rast gəlinir, ancaq daha çox uşaqlarda olur. Belə ki, böyüməkdə olan uşaqların 50%-dən daha çoxunda (əsasən 3 yaşadək) ən az bir dəfə orta qulaq infeksiyası olur. Otit qripdən sonra ağırlaşma şəklində özünü büruzə verir. Uşaqlarda orta qulaq infeksiyası aşağıdakı kimi özünü büruzə verir:

  1. Kəskin orta otit: Orta qulaqda sürətli inkişaf edən infeksiyadır.
  2. Serrozlu orta otit: Orta qulaqda əsasən ağrısız olan yapışqan mayedir.
  3. Təkrarlanan orta otit: Mütəmadi olaraq təkrarlanan infeksiyalardır.

Otitin əlamətləri

Daha kiçik uşaqlarda:

  • Durmadan ağlamaq
  • Narahatlıq
  • Qulaqla oynamaq

Böyük uşaqlarda:

  • Eşitmədə zəifləmə
  • Baş ağrısı
  • Gecə oyanmaq
  • Qulaq pərdəsinin yırtılmasına bağlıı olaraq sarı ya da qanlı axıntı

Diaqnoz kliniki əlamətlər və həkim müayinəsi ilə təyin edilir. Müalicəsi əsasən dərman və cərrahi üsulla edilir. Dərman müalicəsi effektiv olmadığı təqdirdə əməliyyat icra edilir.