Populyar məqalələr

Nəcisdə qan
05.02.2018 27446

Nəcisdə qan olması anormal və potensial kritik vəziyyətdir. Ağızdan anusa qədər həzm sisteminin istənilən bir nahiyəsində ortaya çıxa bilər.

Qanaxma çox dəyişik ola bilər. Bir çox xəstədə sadəcə bir neçə damcı təzə qan olur. Əsasən yüngül qanaxma ambulator şəraitdə həkim tərəfindən dəyərləndirilir.

Orta dərəcəli qanaxma olduğu zaman tünd rəngli daha çox qan rast gəlinir.

Ağır dərəcəli qanamada isə tərkibində çox böyük bir miqdarda qan olan nəcis nəzərdə tutulur.

Nəcisdə qan hər zaman eyni səbəbə bağlı olmaya bilər. Hemoroidal xəstəliyin ilkin səbəbi ola bilər. Nəcisdən gələn qan bu xəstəliyin ilk mərhələsidir. Anal çat zamanı da nəcisdə qan aşkar edilə bilər. Yoğun bağırsaq xərçənginin də əlamətlərindən biri nəcisdə qandır.

Qanlı nəcislə yanaşı fərqli əlamətlər özünü büruzə verə bilər:

  • Qarın ağrısı və sancı
  • Qarın şişkinliyi
  • Bədəndə ağrılar
  • İshal
  • Yorğunluq
  • Anal inkontinans
  • Ürək bulanması
  • İştahasızlıq
  • Qusma
  • Çəki itirmə

Nəcisdə gizli qan halsızlıq, yatmaq istəyi, pilləkənlə çıxdıqda təngnəfəslik, anemiya və dəmir anemiyası kimi şikayətləri ilə özünü büruzə verə bilər. Nəcisdə gizli qan isə xora, bağırsaqda iltihablaşma, dizenteriya kimi səbəblərə bağlı ola bilər.

Nəcisdə qan gördüyünüz zaman ertələmədən həkimə müraciət etmək vacibdir. Çünki erkən diaqnoz, müalicənin effektiv nəticələnməsinə şərait yaradır.