Populyar məqalələr

Muskulyar tortikollis
25.07.2017 1295

Tortikollis boyun onurğasının anomaliyasıdır. Muskulyar tortikollis ən çox rastlanılan formasıdır. Tortikollis doğuş zamanı və ya doğuşdan 2 ay sonra nəzərə çarpır. Ən əsas səbəbi döl ana bətnində olduğu müddətdə mütəmadi olaraq bir tərəfə bükülmə nəticəsində əzələdə qan dövranının zəifləməsidir. Əsasən bir tərəfli olur, qızlarda daha çox rast gəlinir. Tortikollislə yanaşı xəstələrdə üz assimmetriyası, onurğa əyrilikləri, bud-çanaq oynağı displaziyası özünü büruzə verir.

Diaqnoz əsasən kliniki əlamətlərə əsasən qoyulur.

Müalicəsi passiv boyun gərmə gimnastikası və cərrahi üsulla aparılır. Vaxtında müəyyən edilən xəstəliyi boyun gərman gimnastikası ilə bir neçə ay içərisində 95% effektiv nəticə verir.

6-12 aylıq uşaqlarda boyunda 30 dərəcəlik qalıcı əyrilik olduğunda cərrahi müalicə üsulu tövsiyə edilir.