Populyar məqalələr

Miomaların effektiv müalicəsi
25.07.2016 2144

UAE (uşaqlıq arteriyalarının embolizasiyası) kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.

Üstünlükləri:

  • Bu əməliyyat zamanı orqan çıxarılmır.
  • Cərrahi kəsik aparılmır.
  • Ümumi anesteziyaya ehtiyac olmur.
  • Əməliyyatdan sonrakı reabilitasiya müddəti ortalama 2-3 gün təşkil edir.
  • Kiçik həcmli əməliyyat olduğundan əməliyyat travması cüzidir, qanunauyğun olaraq ağırlaşmaları da azdır.
  • Hamiləlik planlaşdıran və hamilə qalmaq funksiyasını bərpa etmək istəyən qadınlar üçün UAE müalicəsi daha məqsədəuyğundur.