Populyar məqalələr

Miokard infarktı
05.07.2017 1484

Miokard infarktı və ya koronar tromboz kimi bilinən ürək tutması, ürək əzələlərinin bir qismi oksigensiz qaldığı zaman meydana gəlir. Ürək tutmasının baş vermə ehtimalı arteriyalarda daralmalar zamanı daha yüksəlir. İnfarktın geniş yayılmış əlamətləri:

  • Halsızlıq ;
  • Ürəyin çox tez-tez və ya nizamsız döyünməsi ;
  • Nəfəs çatışmazlığı ;
  • Ürəyin yetəri qədər qan ilə qidalanmaması nəticəsində sinə nahiyəsində yaranan ağrı ;

İnfarkt nəticəsində sinə nahiyəsində təzyiq, doluluq hissi və sanki sinənin əzilməsi kimi yaranan ağrı bir neçə dəqiqədən daha çox müddət davam edir. Ağrının dərəcəsi infarktın şiddətlillik dərəcəsinə görə dəyişir. Bu ağrılar sinə nahiyəsi ilə yanaşı həm də qarının üst hissəsində, boyun və çənədə, hər iki qolda və ya çiyində də özünü göstərə bilər. Sinə ağrısı ilə birlikdə gicəllənmə, gözlərin qaralması, qəflətən tərləmə, mədə bulanması da ola bilər. Bədən temperaturu düşər və insan əsəbi ola bilər.

İnfarkt ehtimalı olduğunda atılacaq vacib addımlar:

  • Olduğunuz yerin qapısını aralı qoyun. Bu sizə köməyə gələcək insanların işini asanlaşdırmış olacaqdır.
  • Evdə aspirin varsa, 1 stəkan su ilə için.
  • Bundan başqa heç nə yeyib içməyin.
  • Kömək gələnədək oturaraq və ya yataraq gözləyin.
  • Ağrını azaltmaq üçün idman etməyin.
  • Özünüzü qısa zaman kəsiyində xəstəxanaya çatdırın.