Mədəaltı vəzi mədənin alt hissəsində yerləşir. Mədəaltı vəzi orqanizmdə endokrin və ekzokrin rol oynayır. Mədəaltı vəzi insulin, qlukagon, somastostatin və pankreatik polipeptid ifraz edir ki, bu da qanda dövr edir. Mədəaltı vəzi həm də həzm orqanıdır ki, pankreaktik şirə ifraz edir ki, həmin şirənin tərkibində amilaza, lipaza, proteaza kimi fermentlər vardır. Həmin enzimləri korbohidratların, zülalların parçalanmasında əsas rol oynayılar.
Mədəaltı vəzin ifraz etdiyi insulin hormonu qandakı qlükozanın hüceyrələrə keçməsini təmin edir. Mədəaltı vəzin yetəri qədər insulin ifraz etməməsi və ya ifraz etdiyi insulinin rezistentliyi nəticəsində qanda qlükozanın səviyyəsi artır.
Mədəaltı vəzin ifraz etdiyi digər hormon qlukagondur. Bu hormon qanda qlükozanın artmasına səbəb olur. Qanda qlukozanın səviyyəsi aşağı düşdüyü zaman qlukagon qaraciyərdə əzələlərdə toplanmış qlukogenin qlükozaya çevrilməsini təmin edir.