Qeyri cərrahi yolla artıq çəkidən azad olmaq (arıqlamaq) metodu olan - Mədədaxili balon bədən kütlə indeksi 27 və üzərində olan,10 ilə 30 kilo aralığında kilo verməsi lazım olan insanlar üçün istifadə olunan bir üsuldur.
•Mədə balonu 6 ay müddətinə yerləşdirilir
• Mədə balonu cərrahi əməliyyat deyil
• Mədə balonu silikondan hazırlanmış içərisinə maye vurula bilən xüsusi tibbi vasitədir
• Mədə balonu hər kəsə olmaz
• Mədə balonu uyğun olarsa əməliyyata ehtiyac olmadan çəki itirmək mümkündür
• Mədə balonu yerləşdirməzdən öncə uyğunluq testindən keçmək məqsədi ilə həkimlə məsləhətləşmək vacibdir.