Populyar məqalələr

Mammoqrafiya
07.06.2017 1593

Bütün dünyada qadınlarda ən çox rast gəlinən xərçəng növü süd vəzi xərçəngidir. Hər 8 qadından biri süd vəzi xərçənginə tutulur. Süd vəzi xərçəngi erkən diaqnoz zamanı müalicə edilən xəstəlikdir. Süd vəzi xərçəngində erkən diaqnoz sonrakı fəsadlardan qoruyur. Süd vəzi xərçənginin diaqnozu zamanı ən vacib müayinələrdən biri də mammoqrafiyadır.

Mammoqrafiya süd vəzinin rentgen şüaları ilə təsviridir. 40 yaşından başlayaraq süd vəzi mammoqrafiya qızıl standartdır.

Mammoqrafiya müəyyən bir yaşdan sonra tətbiq edilməklə yanaşı süd vəzində bir kütlə hiss edildikdə, süd vəzinin dəri rəngi dəyişdikdə edilməsi vacibdir.

ABŞ-da və bir çox Avropa ölkələrində 54 yaşdan aşağı qadınlarda xərçəngə bağlı olan ölüm səbəbi süd vəzi xərçəngidir.

ABŞ-da təcrübə nəticəsində məlum olmuşdur ki, 40 yaşından böyük qadınlarda ildə 1 dəfə edilmiş mammoqrafiya hər il süd vəzi xərçənginə bağlı 7500 ölümün qarşısını ala bilər.

Risk faktorları olan qadınlarda 40 yaşdan əvvəl mammoqrafiya müayinəsi edilə bilər. 30 yaşdan aşağı xəstələrə isə süd vəzi USM və süd vəzi MRT müayinəsi edilir.