Kardiostimulyator (pacemaker) iki hissədən (generator və elektrodlardan) ibarət cihazdır, ürək ritmlərinin tənzimləyir.
Pacemaker aritmiya zamanı tətbiq edilir. Yaşa və ya infarkta bağlı olaraq ürək əzələləri öz vəzifəsinin öhdəsindən kifayət qədər gələ bilmir, ürək döyüntüsü yavaşlaya bilər.
Qəbul edilən dərmanlar da ürək döyüntüsünə təsir edə bilər.
Pacemaker daimi və ya müvəqqəti olaraq yerləşdirilər bilər.
Normal ürək dəqiqədə 60-100 aralığında döyünür. Əgər bu göstəricidən çox və ya az olarsa halsızlıq, təngnəfəslik, yorğunluq kimi əlamətlər özünü büruzə verəcəkdir.
Pacemaker ürək döyüntülərinə nəzarət edir, əgər nəbz zəifləyərsə, elektrik siqnalları göndərərək onun sürətlənməsinə yardımçı olur.