Populyar məqalələr

Gözlərdə quruluq
04.08.2017 1404

Gözlərdə quruluq gözyaşı kifayət qədər olmadığında özünü büruzə verir. Gözlərdə quruluq bir neçə səbəbə əsaslanır. Təyyarədə, kondisioner olan otaqda, velosiped sürərkən və ya kompüterin arxasında bir neçə saat olduqda gözlərdə quruluq yarana bilər.

Əsas əlamətləri aşağıdakılardır:

  • Gözlərdə narahatlıq və yanma hissi
  • Gözlərdə qızartı
  • Gözlərdə yad cisim olma hissi
  • Linza taxmaqda çətinlik
  • Gözlərdə yorğunluq
  • Bulanıq görmə

Risk faktorları 50 yaşdan yuxarı olan, əsasən qadınlar, pəhriz saxlayan və A vitamini çatışmayan, kontakt linzalar taxan insanlardır.

Diaqnoz əsasən göz müayinəsi, göz yaşının həcmini və keyfiyyətini ölçmə analizləri ilə edilir.

Müalicəsi həkimin tövsiyə etdiyi göz damcıları edilir.