Populyar məqalələr

Faringit
18.05.2017 3273

Faringit udlağın arxa divarının iltihablaşmasıdır. Faringit kəskin və xroniki olaraq iki yerə ayrılır. 7 gün davam edən və sağalma ilə sonlanan iltihablaşma kəskin faringitdir. Daha yüngül şəkildə özünü büruzə verən ancaq buna baxmayaraq 7 gündən çox davam edən və 3 həftə ərzində sağalma ilə sonlanan xroniki faringitdir.

Üst tənəffüs yolu xəstəlikləri ilə bərabər kəskin faringit özünə büruzə verə bilər. Soyuqdəymə və ya qrup kimi xəstəliklərə səbəb olan viruslar kəskin faringitə səbəb ola bilər

Faringitin əlamətləri:

  • Boğaz ağrısı
  • Yüksək hərarət
  • Udqunmada çətinlik
  • Öskürək
  • Qulaq ağrısı
  • Halsızlıq

Xəstəliyin diaqnozu xəstənin şikayətləri və həkim müayinəsi ilə təyin edilir.

Antibiotiklərdən istifadə viruslardan qaynaqlanan kəskin faringit üçün faydalı olmayacaqdır. Ancaq ciddi infeksiyalarda ya da immun sisteminin çox zəif olan insanlara həkim tərəfindən antibiotik tövsiyə oluna bilər.

Xroniki faringitin müalicəsi isə olduqca çətindir. Pasiyentin həkimin tövsiyələrinə olduğu kimi əməl etməsi vacibdir. Müalicəni təyin etmək üçün xroniki faringitə səbəb olan faktoru aşkar etmək lazımdır.

Faringitin müalicəsində aşağıda qeyd olunanları etmək tövsiyə edilir:

  • Dincəlmək
  • Siqaret və spirtli içkilərdən uzaq durmaq
  • Tozlu yerlərdə olmaqdan çəkinmək
  • Çox isti və çox soyuq yeməklər və içkilərdən uzaq durmaq
  • Boğazın qurumasının qarşısını almaq üçün çox su içmək
  • Boğaz ağrısını azaltmaq üçün duzlu su ilə qarqara etmək