Populyar məqalələr

E vitamini
22.06.2017 1332

E vitamini (digər adı tokoferol) ən vacib antioksidantdır. Yaraların sağalmasını sürətləndirir. Xərçəng xəstəliyinə qarşı qoruyucudur. İmmun sistemini gücləndirir. Göz sağlamlığında vacib yer tutur. Yaşlandıqca yaddaş itkisinə qarşı müsbət təsirinin olduğu təcrübələrlə təsdiqlənmişdir.

E vitamininin çatışmazlığı zamanı qan azlığı, gözlərdə zəiflik, tez yorulma, yaraların gec sağalması kimi əlamətlər özünü büruzə verir. E vitaminin azlığı xərçəng və ürək-damar xəstəliklərinə tutulma riskini artırır.

E vitamini aşağıdakı qida məhsullarında boldur

  • Buğda
  • İspanaq
  • Balqabaq
  • Zeytun yağı
  • Balıq yağı
  • Tuna balığı
  • Yumurta sarısı
  • Pomidor
  • Kartof
  • Kələm
  • Badam
  • Sarımsaq