Populyar məqalələr

Dırnaq göbələyi
13.07.2017 1935

Dırnaq göbələyi cəmiyyətdə geniş yayılmış xəstəlikdir, həyat keyfiyyətinə mənfi təsir edir. Əl və ayaq dırnaqlarında özünü büruzə verən dırnaq göbələyinin müalicəsi uzun müddət davam edir.

Dırnaq göbələyi dırnaq uclarının altında ağ və ya sarı nöqtələr olaraq başlayır. Yavaş inkişaf edir, xronikidir.

Əlamətləri:

  • Dırnaqların rəngini dəyişməsi
  • Dırnaqların qalınlaşması
  • Dırnaqların elastikliyi itirməsi və qırılması

Müalicəsi uzun müddət davam edir. Dermatoloq müayinəsi olmadan müalicəyə başlanılmamalıdır. Çünki istifadə olunan dərmanların bir çoxunda əks təsirlər özünü büruzə verir. Müalicə həkim nəzarətində və uzun müddətli olur.