Populyar məqalələr

Dərman allergiyaları
07.08.2017 1562

Dərman allergiyası immun sisteminə əsaslanan dərman preparatlarına qarşı həddən artıq həssaslıqla özünü göstərir.

Dərman allergiyalarının qeyri-allergik mənşəli ağırlaşmalarından fərqli olaraq, aşağıda qeyd olunan cəhətlərlə xarakterizə olunur:

  • Özünü allergik xəstəliklərin klassik əlamətləri ilə büruzə verir
  • Dərmanın ən kiçik dozasının qəbulunda özünü göstərə bilir Dərman preparatlarının ilkin qəbulundan sonra 5-7 gün “sensibilizasiya dövrünün” keçməsi lazımdır (gizli sensibilizasiya istisnadır)
  • Dərman preparatları farmakoloji təsirini xatırlatmır.
  • Qeyd olunan dərman preparatlarının növbəti qəbulu zamanı özünü büruzə verir
  • Bir neçə eyni kimyəbi tərkibə və ya struktura malik olan dərman preparatlarının birlikdə qəbulu nəticəsində çarpaz allergik reaksiya yarana bilər.

Dərman allergiyası olan insanlara tövsiyələr

  • Kimyəvi tərkibi və strukturu oxşar olan dərman preparatlarının qəbul etməməli
  • Həkim məsləhəti ilə müalicə planı olmalı
  • Dərman preparatlarının qəbulunda göstərişlərə ciddi əməl etməli
  • Öz başlarına müalicədən çəkinməli (həkim müayinəsi olmadan)
  • Dərman preparatlarına allergiyası olan şəxs bu barədə məlumat olan kartı özü ilə birgə gəzdirməli (bununla yanaşı, ev ünvanı və əlaqə nömrəsini də qeyd etməli)
  • Digər həkim müayinəsində olduqları zaman allergiya haqqında onları məlumatlandırmalı