Populyar məqalələr

Burun qanaması
20.07.2017 1912

Burun qanaması insanları narahat edən tez-tez rast gəlinən bir haldır. Burun qanaması bir çox səbəblərə əsaslanır. Gənclərdə və uşaqlarda təkrarlanan qanamaların əsas səbəbi burnu qarışdırmaqdır.

Yetkin insanlarda isə uzun müddət davam edən və dayanmayan qanamalar olur ki, bunun da əsas səbəbi hipertenziya xəstəliyi və qan duruldan dərmanlardan istifadədir.

Bundan əlavə, laxtalanma problemləri, hemofiliya, K vitaminin çatışmazlığı, qaraciyər xəstəlikləri, spirtli içkilər burun qanamasına səbəb olur.

Burun qanaması zamanı xəstənin başı arxaya doğru qaldırılmamalıdır, buruna, tənzif, pambıqla müdaxilə edilməməlidir. Bu hərəkətlə burundan qan axması dayandırılmır, onu boğazdan axmasına şərait yaradılır. Burun soyuq su ilə yuyulmalı və 2 barmaqla tutulmalı və bu prosedur qanama dayananadək davam etdirilməlidir. 90 % burun qanamalarının qarşısını almaq mümkündür. Burun qanaması dayanmadıqda Otolarinqoloqa müraciət edilməlidir.