Populyar məqalələr

Böyümə hormonu
11.08.2017 1822

Böyümə hormonu (growth hormone GH) və ya somatotropin ön hipofizdən ifraz olunan, peptid tərkibli insanlarda böyümə, hüceyrə artımı və yenilənməsinə səbəb olan hormondur.

Böyümə hormonunun ifrazı gecələr artır, səhərlər isə azalır.

Qan şəkərinin artması, köklük, tiroid hormonunun azalması, qanda kortizolun artması böyümə hormonunun ifrazını azaldan səbəblərdəndir.

Böyümə hormonu qana qarışaraq qaraciyərdə IGF-1 adlı hormonun ifrazına səbəb olur. IGF-1 hormonu həddən artıq olduqda böyümə hormonu onun ifrazının qarşısını alır. IGF-1 qaraciyərdən başqa böyrək, bağırsaqlar və qığırdaq toxumasında yaranır. Bunun nəticəsində əzələ, qığırdaq və sümük böyüyür. Nəticədə insan uzanır.

Böyümə Hormonu digər hormonlar kimi yaş artdıqca azalmağa başlayır. İnsanın fiziki və psixoloji sağlamlığı üçün hipofiz vəzindən böyümə hormonunun ifrazı vacibdir.

Böyümə hormonu əksikliyi boy qısalığına səbəb olur.