Populyar məqalələr

Böyrək kistləri
19.03.2018 1217

Böyrək kistləri böyrəyin içində və üstündə olan maye dolu şişlərdir. Böyrək kistləri böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Əsasən adi böyrək kistləri xərçəngə çevrilmir və çox nadir hallarda ağırlaşmalara səbəb olur.

Böyrək kistlərinin yaranma səbəbləri məlum olmasa da, genetik meyillilik və böyrəkdəki hüceyrələrin təzyiq nəticəsində Böyrək kistləri anadangəlmə olduğu kimi, yaş artdıqca özünü göstərmə ehtimalı daha artır.

Adi böyrək kistləri heç bir əlamətlərlə özünü göstərmir. Ancaq kist böyüdüyü təqdirdə aşağıdakı əlamətlərlə özünü göstərir:

  • Bel nahiyəsində küt ağrı
  • Hərarət
  • Qarının üst nahiyəsində ağrı

Adi böyrək kistləri daha çox kişilərdə özünü büruzə verir. Diaqnoz USM, KT, MRT və analizlərlə təyin edilir.

Müalicəsi əsasən cərrahi üsulla aparılır.