ÜRƏK VƏ DAMAR CƏRRAHİYYƏSİ

Ürək və Damar Cərrahiyyəsi bölməmiz ürək və damar sistemi xəstəliklərinin cərrahi diaqnostikası və müalicəsi üzrə müasir tibbi xidmətlər təqdim edir. Biz minimal invaziv və açıq cərrahi metodlarla xəstələrimizin həyat keyfiyyətini və sağlamlığını qorumağa yönəlmişik.

Xidmətlərimizə daxildir:

  • Koronar arter xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi (stent implantasiyası, bypass əməliyyatları)

  • Ürək qapaq xəstəliklərinin cərrahi və minimal invaziv müalicəsi (TAVI və digər prosedurlar)

  • Aorta və digər böyük damar xəstəliklərinin cərrahi müdaxiləsi (TEVAR, EVAR)

  • İşemik insult və serebrovaskulyar xəstəliklərin endovaskulyar müalicəsi

  • Periferik damar xəstəliklərinin diaqnostikası və minimal invaziv müdaxiləsi

  • Mexaniki sarılıq və öd yollarının endovaskulyar müalicəsi

  • Pediatrik ürək cərrahiyyəsi: konjenital ürək qüsurlarının diaqnostikası və müalicəsi və s.

Bizim yanaşmamız:

  • Hər xəstəyə fərdi və təhlükəsiz tibbi yanaşma

  • Minimal invaziv və açıq cərrahi üsullarla optimal nəticə

  • Müasir diaqnostik avadanlıq və beynəlxalq protokollara uyğun müalicə

  • Postoperativ reabilitasiya və uzunmüddətli izləmə və s.

Ürək və Damar Cərrahiyyəsi bölməmiz xəstələrin ürək və damar sağlamlığını qorumaqda etibarlı tərəfdaşınızdır. Erkən diaqnostika və peşəkar cərrahi müdaxilə həyat keyfiyyətinizi və ömrünüzü xeyli yaxşılaşdırır.

Həkimlər