Travmatologiya və ortopediya

Travmatologiya və ortopediya bölməsində sümük-əzələ sistemi, vətər, bağ, oynaq, onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə həyata keçirir. Bu xəstəliklərə birinci növbədə, yuxarı və aşağı ətraf artrozları, dayaq-hərəkət aparatının travmaları, əzələ-vətər kəsilmələri, anadangəlmə bud çıxıqları, skoliozlar, kifozlar, periferik sinir sisteminin travmatik zədələnmələri, idmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları aiddir. Travmatologiya və Ortopediya bölməsində klassik üsullarla yanaşı həmçinin müasir üsullardan olan artroskopiya, endoprotezləşdirmə, intramedulyar və ekstramedulyar osteosintez, boy uzatma, anadangəlmə sümük-əzələ sistemindəki defektlərin rekonstruksiyası əməliyyatları icra olunur.

  • Yuxarı ətraf travmaları
  • Aşağı ətraf travmaları
  • Skoliozlar
  • Digər onurğa deformasiyaları
  • Döş qəfəsi deformasiyaları
  • Pleksitlər
  • Koksartrozlar
  • Qonartrozlar
  • Anadangəlmə bud çıxıqları
  • Sinir-damar travmaları

Həkimlər