TORAKAL CƏRRAHİYYƏ

Torakal Cərrahiyyə bölməsi döş qəfəsi orqanlarının müasir diaqnostikası, cərrahi müalicəsi və əməliyyatdan sonrakı izlənməsini həyata keçirən ixtisaslaşmış tibbi bölmədir. Bölmədə ağciyərlər, plevra, mediastinum, diafraqma və döş qəfəsi patologiyalarının müalicəsində beynəlxalq tibbi protokollara uyğun yanaşma tətbiq olunur.

Bölmə yüksək ixtisaslı və təcrübəli həkim heyəti, müasir tibbi avadanlıqlar və multidissiplinar əməkdaşlıq əsasında fəaliyyət göstərir. Pasiyentlərin təhlükəsizliyi, düzgün diaqnostika, fərdi yanaşma və effektiv müalicə prinsipləri əsas prioritetlərdən biridir.

Torakal Cərrahiyyə bölməsində həm açıq, həm də minimal invaziv (torakoskopik/VATS) cərrahi əməliyyatlar icra olunur. Müasir texnologiyaların tətbiqi əməliyyatdan sonrakı ağrıların azalmasına, hospitalizasiya müddətinin qısalmasına və pasiyentin daha sürətli bərpasına imkan yaradır.

Bölmədə pasiyentlərin müalicə və bərpa prosesi təcrübəli mütəxəssislərin nəzarəti altında, müasir tibbin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Müalicə olunan xəstəliklər:
• Ağciyər şişləri və digər ağciyər xəstəlikləri
• Plevra patologiyaları
• Pnevmotoraks
• Mediastinal törəmələr
• Döş qəfəsi travmaları
• Bronxektaziya
• Diafraqma xəstəlikləri
• Hiperhidroz (əl tərləməsi)
• Ağciyər kistaları və digər torakal patologiyalar və s.

İcra olunan əməliyyatlar:
• Torakoskopik (VATS) əməliyyatlar
• Ağciyər rezeksiyaları
• Lobektomiya
• Plevral drenaj və biopsiya prosedurları
• Mediastinal kütlələrin cərrahi müalicəsi
• Pnevmotoraks əməliyyatları
• Döş qəfəsi travmalarının cərrahi müalicəsi
• Diafraqma əməliyyatları
• Simpatektomiya əməliyyatları və s.

Həkimlər