Hospitalımızın Təcili Tibbi Yardım bölməsində çalışan operativ həkim və tibb personalımız 24 saat xidmətinizdədir. Bizim Təcili Tibbi Yardım bölməmizə müraciət etdiyiniz andan etibarən təcrübəli professional komanda tez bir zamanda pasientin ünvanına gələrək, onu müayinə edib, əmin an lazım olan ilk tibbi yardımı göstərir. Təcili yardım bölməsinin müasir avadanlıqlarla təchiz olunması, diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitoring və reanimasiya tədbirlərinin görülməsinə imkan verir.