Oftalmologiya bölməsi beynəlxalq standartlarda xəstə baxımı və rahatlığı nəzərə alınaraq dizayn edilmiş, müasir tibb texnologiyası ilə təchiz edilmişdir. Bölməmiz xəstəliyin simptomlarının qiymətləndirildiyi və müalicə protokoluna qərar verildiyi Poliklinika bölməsindən, əməliyyatların keçirildiyi Əməliyyatxana bölməsindən, Tibbi və cərrahi xəstələrin yataraq xidmət aldıqları Stasionar Xəstə bölməsindən ibarətdir. Xəstəxanamızın Oftalmologiya bölməsi qlaukoma, katarakta, torlu qişa xəstəlikləri, buynuz qişa xəstəlikləri, göz qapağı xəstəlikləri, göz yaşı kanalı xəstəlikləri və uvea xəstəliklərinin müalicələri üçün müasir avadanlıqlarla təchiz olunmuşdur.