Neyrocərrahiyyə bölməsi baş beyin və onurğa beyni xəstəliklərinin diaqnozunu və müalicəsini təşkil edir. Xəstəxanamızın digər bölmələri kimi bu bölmə də texnologiyanının son avadanlıq və cihazlarından istifadə edərək xəstəliklərin müalicəsini planlı və məqsədyönlü şəkildə həyata keçirir. Xəstələrə müalicə planı haqqında mütəxəssis həkimlər tərəfindən ətraflı məlumat verilir. Neyrocərrahiyyə son illərdə texnologiya və elmin inkişafı ilə əlaqədar ən sürətli irəliləyən, dəyişən və əhatə dairəsi getdikcə artan elm sahəsidir.