LABORATORİYA

Laboratoriya bölməmiz müasir tibbin bütün əsas istiqamətlərini əhatə edir və aşağıdakı sahələr üzrə fəaliyyət göstərir: klinik-biokimyəvi, hematoloji, hemostaz, seroloji, hormonal, mikrobioloji, genetik, patoloji və PZR (PCR) laboratoriyaları.

Laboratoriyamız beynəlxalq standartlara uyğun olaraq, dəqiq diaqnostikanın təmin edilməsi məqsədilə tam avtomatlaşdırılmış, son nəsil tibbi avadanlıqlarla təchiz edilmişdir. Bölmə həftənin 7/24 saat fasiləsiz fəaliyyət göstərir.


Keyfiyyətə nəzarət və standartlar

Bütün laborator avadanlıqları gündəlik daxili nəzarət, kalibrləmə və kontrol yoxlamalarından keçirilir. Bundan əlavə, aylıq beynəlxalq xarici keyfiyyət nəzarət proqramları əsasında analizlərin doğruluğu və etibarlılığı davamlı olaraq qiymətləndirilir.

Laboratoriyamızda 1500-dən çox laborator müayinə aparılır. Hər bir analiz üçün ayrıca metodik təlimat hazırlanmışdır və bütün müayinələr yalnız bu təsdiqlənmiş protokollar əsasında icra olunur.

Beynəlxalq əməkdaşlıq

Laboratoriyamız Türkiyə, Almaniya və ABŞ-ın aparıcı klinik laboratoriyaları ilə rəsmi əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda aparılmayan nadir və yüksək ixtisaslaşmış laborator analizlər də qəbul edilir və icra olunur.

Rəqəmsal inteqrasiya və çoxmərhələli nəzarət

İnteqrasiya olunmuş informasiya sistemi vasitəsilə bütün müayinə və analiz nəticələri birbaşa elektron məlumat bazasına daxil edilir. Nəticələr çoxpilləli yoxlama sistemindən keçir:

  1. İlkin mərhələ – həkim-laborant nəzarəti
  2. İkinci mərhələ – laboratoriya müdiri nəzarəti
  3. Üçüncü mərhələ – keyfiyyət meneceri nəzarəti

Bu yanaşma sayəsində biomaterialın götürülməsi anından nəticənin təqdim edilməsinə qədər bütün proses tam izlənilə bilir. Yalnız bütün keyfiyyət kriteriyalarına cavab verən nəticələr pasiyentə təqdim olunur.

Həkimlər