Fizioterapiya və tibbi reabilitasiya

Fizioterapiya və Reabilitasiya bölməsi beynəlxalq standartlarda xəstə baxımı və rahatlığı nəzərə alınaraq dizayn edilmiş, müasir tibbi texnologiyası ilə təchiz edilmişdir. Bölməmiz xəstəliyin simptomlarının qiymətləndirildiyi və müalicə protokoluna qərar verildiyi Poliklinika Bölməsindən, Elektroterapiya bölməsindən, Reabilitasiya bölməsindən və Stasionar Xəstə bölməsindən ibarətdir.

Müalicə prosedurlarını multidisiplinar strukturda reallaşdıran bölməmizdə Nevroloji və Ortopedik Reabilitasiya xidməti, sümük və əzələ xəstəliklərinin diaqnoz və müalicəsi təqdim olunur. İnsult sonrası hemiplegiya, Onurğa beyni yaralanması sonrası paraplegiya və tetraplegiya, Kəllə-beyin travması, Parkinson, Dağınıq Skleroz, Guillain-barre sindromu, Transvers miyelit xəstələri, üst və alt üzvlərin yaralanması, qırıq əməliyyatı sonrası reabilitasiya ehtiyacı olan xəstələr, Osteoparoz, Osteoartrit, bel və boyun disk yırtıqları, Revmatoloji xəstəliyi olanlar bölməmizə müraciət edə bilərlər.

  1. Reabilitasiya
    • İnsult sonrası hemiplegiya reabilitasiyası
    • Onurğa beyni yaralanması sonrası paraplegiya və tetraplegiyalar reabilitasiyası
    • Kəllə-beyin travmaları reabilitasiyası
    • Nevroloji xəstəliklər (Parkinson, Dağınıq Skleroz, Mono və Polinevropatiyalar, Miyopatiyalar, Guillain-barre sindromu, transvers miyelit) reabilitasiyası
    • Spastik əzələlərə botoks inyeksiyası
    • Ortopedik reabilitasiya
  2. Osteoparoz
  3. Sümük və əzələ patologiyaları
    • Osteoartrit, Bel-boyun disk yırtıqları və Radikulopatiyaları
    • Çiyin qurşağı əzələlərinin yırtıq və digər patologiyaları (Subakromiyal sıxışma sindromu, adheziv kapsulit), lateral və medial epikondilit, karpal tunel sindromu
  4. Oynaq daxili Hialuron turşusu inyeksiyası, nevralgiya və mialgiyalarda algoloji inyeksiyalar
  5. EMG ilə əzələ və sinir mənşəli xəstəliklərin diaqnozunun qoyulması
  6. Revmatoloji xəstəliklər
    • Revmatoid artrit
    • Ankilozan Spondilit
    • Psoriatik artrit
    • Reaktiv artrit və digər
  • Nevroloji və Ortopedik reabilitasiya
  • Osteoparoz müalicəsi
  • Sümük və əzələ patologiyaları müalicəsi
  • Oynaq daxili və əzələ inyeksiyaları
  • Botoks inyeksiyası
  • EMG
  • Revmatoloji xəstəliklər müalicəsi

Həkimlər