Estetik Cərrahiyyə bölməsində üz və bədən nahiyəsində estetik görünüşün yaxşılaşdırılması, funksional və anatomik problemlərin korreksiyası məqsədilə müasir cərrahi və qeyri-cərrahi prosedurlar həyata keçirilir. Bölmə təcrübəli mütəxəssislər, müasir tibbi avadanlıqlar və fərdi yanaşma prinsipi əsasında fəaliyyət göstərir.
Bölmədə pasiyentin estetik gözləntiləri, sağlamlıq vəziyyəti və anatomik xüsusiyyətləri nəzərə alınaraq uyğun müalicə və əməliyyat planı hazırlanır.
Müraciət olunan əsas estetik və rekonstruktiv problemlər:
• Burun forma və tənəffüs problemləri
• Üz nahiyəsində estetik deformasiya və asimmetriyalar
• Göz qapağı sallanması
• Dəri və yumşaq toxuma sallanmaları
• Bədən kontur pozğunluqları
• Lipomalar və dərialtı törəmələr
• Travma və ya əməliyyatdan sonrakı estetik qüsurlar
• Çapıq və deformasiya problemləri və s.
İcra olunan əməliyyat və prosedurlar:
• Rinoplastika
• Septorinoplastika
• Blefaroplastika
• Face lifting (üz gərmə)
• Liposaksiya
• Abdominoplastika
• Otoplastika
• Mammoplastika əməliyyatları
• Lipoma və dəri törəmələrinin xaric edilməsi
• Botoks və dolğu prosedurları
• Rekonstruktiv və korrektiv estetik əməliyyatlar
Bölmədə bütün prosedurlar pasiyent təhlükəsizliyi və tibbi etik prinsiplər əsasında həyata keçirilir.