Xəbərlər

Dermatovenerologiya bölməsi
22.07.2016 2254

Dermatovenerologiya bölməsi – Dəri xəstəlikləri (uşaq və böyüklər), saç xəstəlikləri, dırnaq xəstəlikləri, zöhrəvi xəstəliklər (cinsi yolla keçən xəstəliklər), allergik mənşəli dəri xəstəlikləri, kosmetik dermatologiya ilə məşğul olur.

Dəri xəstəliklərinin müasir metodlarla diaqnostikası aparılır və dünyada en son müalicə protokolları icra olunur. Çətin müalicə olunan xəstəliklərdə davamlı, uzun müddətli remissiyalar (xəstəliksiz periodlar) alınır.

Nevusların (xalların) diaqnostikası, dermatoskopiya ilə yerinə yetirilir, 6 ay- 1 illik müşahidələrə alınır və onkoloji şübhəli olanlar vaxtında aşkarlanır.

Allergik mənşəli xəstəliklərin diaqnostikası aparılır, allergik testləri ilə allergiyanin səbəbləri təyin olunur.

Hər növ estetik, kosmetik proseduralar həyata keçirilir.

Müalicə edilən xəstəliklər:

  • Psoriaz (Dəmrov)
  • Ekzemalar
  • Akne (Sızanaq)
  • Alopesiyalar (Saç tökülməsi)
  • Bulloz Dermatozlar
  • Vitiliqo
  • Göbələk xəstəlikləri
  • Dırnaq xəstəlikləri
  • Melasma
  • Hiperpiqmentasiyalar
  • Herpes virus xəstəlikləri
  • Papillomalar
  • Kandilomalar
  • Cinsi yolla keçən xəstəliklər (Sifilis, Xlamidioz, Trixomoniaz, Qonorreya və s.)
  • Hiperhidroz (Həddindən artıq tərləmə)

İcra edilən prosedur və əməliyyatlar:

  • Biopsiyalar
  • Koterizasiya
  • Dermatoskopiya
  • Dırnaq çəkilməsi (hissəvi və tam matriksektomiya)
  • Botoksla qırışların aradan qaldırılması
  • Hialuron gel ilə üz korreksiyası, qırışların yox edilməsi
  • PRP (Platelled riched plasma-plasmalifting)
  • Mezoterapiya
  • Biorevitalizasiya
  • İplə üz gərmələr
  • Lazer müalicəsi